Saytımıza xoş gəlmisiniz

İlham Əliyevin hücum diplomatiyası: İrəvana vurulan cingiltili şillə

Oxunma sayı: 36

09ee85b1f30aed29b8ec7bef0873c643

Azərbaycanda “Qarabağ Azərbaycanındır və nida işarəsi” beynəlxalq gənclər kampaniyasına start verilib. Gənclər və İdman Nazirliyindən bildirildiyinə görə, kampaniya çərçivəsində Facebook və Twitter sosial şəbəkələrində #Karabakh #AllForKarabakh и #KarabakhIsAzerbaijan heşteqləri altında beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən, erməni yalanlarını və təxribatlarını faş edən rəsmi sənədlər, fotoqrafiyalara və videolar yerləşdiriləcək.

Hələki bu, Azərbaycan prezidenti İlham Əliyevin “Valday” forumundakı proqram xarakterli çıxışına ilk reaksiyadır. Artıq aydındır ki, “Qarabağ Azərbaycanındır və nida işarəsi” hələ çox təkrarlanacaq. Və İlham Əliyevin bu bəyanatının Ermənistanda çox sərt reaksiya doğuracağını gözləmək olardı və oldu da. Belə ki, Ermənistan XİN-də mətbuat katibi Anna Naqdalyanın ifasında uzunçu, emosional və pardon, tamamən dəxlisiz bir isterikanın şahidi olduq. İrəvanda Azərbaycanı “maksimalist mövqe”dı ittiham edir, inadlı şəkildə hamını və hər kəsi (ilk növbədə də özlərini) inandırmağa çalışırlar ki, guya “xalqları sülhə hazırlamaqla bağlı tərəflərin hansısa anlaşması” varmış və Azərbaycan da indi ona əməl eləmir…

Hər şeydən göründüyü kimi, təkcə XİN-də deyil, bütövlükdə Ermənistanda prezident İlham Əliyevin “hücum diplomatiyası”na sadəcə, hazır olmayıblar. Özü də söhbət yalnızca “Valday” forumundan getmir. Əslində Qarabağın Azərbaycana məxsusluğu, Azərbaycan torpaqlarının erməni işğalına məruz qalması, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrini tezliklə həyata keçməsi zərurəti və Ermənistana qarşı təsirli tədbirlərin görülməsi haqda Azərbaycan prezidenti həmişə və praktik olaraq, bütün beynəlxalq meydançalarda danışır – istər BMT və “Şərq tərəfdaşlığı” olsun, istərsə də NATO sammitləri və ya MDB dövlət başçılarının görüşləri. Üstəlik, belə meydançalar planlı şəkildə genişlənir. Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmaqla nümayiş etdirdiyi və çoxları üçün gözlənilməz olan siyasi manevrini də yada salmaq olar.

İlham Əliyev bu mövzunu Avropa Birliyi nümayəndələri ilə, Azərbaycana səfər edən digər dövlətlərin başçıları ilə qaldırıb və qaldırır. Və belə “hücum diplomatiyası” taktikasını Azərbaycan prezidenti 2003-cü ildən – dövlətin ən ali postunu tutandan bəri ardıcıl şəkildə həyata keçirir. Deyəsən, Azərbaycanın bunca sərt və prinsipial mövqeyi artıq bir çoxları üçün gözlənilməz olub. Torpaqlarının 20%-nin işğalı və 1 milyon qaçqın-köçkünün mövcudluğu fonunda rəsmi Bakıdan “siyasət – mümkün olanın incəsənətidir”, “təəssüf ki, biz mövcud reallıqları nəzərə almalıyıq” və s. stilində davranışlar gözləyirmişlər. Amma bunun əvəzinə Azərbaycan öz mövqeyini və tələblərini dəqiq və birmənalı, həm də bütünlüklə beynəlxalq hüquqla əlaqəli şəkildə səsləndirməyə davam edir.

Bu, yalnızca vətənpərvərlik deyil. Bu, siyasi iradə və professionalizm, o cümlədən diplomatiya və xarici siyasət məsələlərində professionalizm vurulsun (x) vətənpərvərlikdir. Ən başlıcası, Azərbaycan prezidenti özünün “hücum diplomatiyası”nı Azərbaycanın aşkar şəkildə artan siyasi çəkisi və nüfuzu fonunda həyata keçirir – o Azərbaycan ki, orada həm enerji resurslarının ixracı, həm sərmayələr və heç şübhəsiz, hərbi quruculuq sahəsindəki uğurlar, həm də beynəlxalq arenada prinsipial mövqe və riskləri hesablamaq bacarığı vahid strategiyada birləşib.

Nəticə etibarilə son illər Azərbaycan təsirli siyasi irəliləyişlərə nail ola bilib. Yada salaq: sentyabr ayının sonunda Fransa şəhəri Lionun inzibati məhkəməsi Fransa şəhərləri – Desin Şarpye və Sent-Etyenlə Ermənistanın işğalı altında olan Xocavənd rayonu və Şuşa şəhəri arasında imzalanmış “qardaşlaşma haqda müqavilələr”i ləğv edib. Bu, yalnızca İrəvana vurulan cingiltili şillə deyil, daha artıqdır, çünki Ermənistanda Fransa ilə xüsusi münasibətlərə ciddidən də artıq stavka edilirdi və edilir. Üstəlik, bu qəbildən bəyannamələr Fransanın başqa şəhərlərinin məhkəmələrində də paket şəklində ləğv edilir. Bunun arxasındakı əhəmiyyətli siyasi “dönüş”ü görməmək mümkünsüzdür.

Az öncə isə regional KİV-lər ABŞ-dan gələn xəbərləri – Azərbaycana Amerika hərbi yardımının artırılmasını müzakirə edirdilər. Daha əvvəl isə diqqət mərkəzində amerikalı diplomatların bəyanatları idi. Hansı bəyanatlarda ki, Dağlıq Qarabağ konfliktinin həllinin ərazi bütövlüyü prinsipi əsasında və erməni işğalçı qoşunların Azərbaycan ərazilərindən tam çıxarılması hallında həlli vurğulanırdı. Xatırladaq ki, İrəvanda ABŞ-ın belə ritorikası əsl şok effekti və təlaş yaratmışdı.

İndi isə diqqət mərkəzində Rusiyanın siyasətidir. Burada da Ermənistan üçün qədərindən artıq bəd xəbər var. Məsələ heç də Kremlin Paşinyanın hərəkətlərindən narazılığında deyil – Rusiya Azərbaycan trekində heç vaxt görünməmiş ehtiyatlılıqla hərəkət edir. Avropa Birliyi rəhbərliyi Azərbaycana aydın və birmənalı dəstək ifadə edir. Və bu siyasi donuş – İlham Əliyevin hücum diplomatiyasının artıq gözlə görünən və mühüm nəticəsidir.

Nurani,
siyasi icmalçı, Minval.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*