Saytımıza xoş gəlmisiniz

İlk Qarabağ xanlığı sikkələri

Oxunma sayı: 190

18921922_976846865790878_7938745336789469530_n-1

İlk Qarabağ xanlığı sikkələri “Pənahabad” adlandırılan Şuşa qalasında zərb edilib. Dünya numizmatik ədəbiyyatında bu gümüş sikkələr “pənahabadi” adı ilə tanınır. Pullar xarici görünüşünə görə Osmanlı sultanı sikkələrinə oxşayırdı. Metal pulların avers tərəfində xanın tuğrası (herbi) zərb edilirdi. Qarabağ xanlığında gümüş pullardan iki növ “pənahabadi”, bir növ “sahibkiran”, mis pullardan iki növ “fulus” və bir növ “bisti” dövriyyədə olub.

18922167_976846925790872_6019439599650912501_n-1

Qarabağ xanlığının Şuşa zərbxanasında kəsilmiş ən qədim metal pul 1787-ci il tarixi ilə qeydə alınıb. Qarabağ xanlığının Rusiya tərəfindən işğalı dövründə zərb edilmiş ən son sikkələri 1822-ci ilə təsadüf edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*