Saytımıza xoş gəlmisiniz

İrəvan aeroportunda Qarabağ video-çarxı… İşğalın təsdiqi… – Video

Oxunma sayı: 684

İşğalçı Ermənistanın paytaxtındakı hava limanında Azərbaycanın işğal altındakı torpaqlarında olan gəzməli-görməli yerləri təsvir edən video-çarx nümayiş etdirilməyə başlanılıb.

KarabakhTV” xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Guya həmin video-çarx Ermənistanın və qondarma separatçı-terrorçu rejimin turizmlə bağlı müvafiq qurumları arasındakı “razılaşmaya” əsasən təşkil edilib. Hazırda Zvartnots hava limanına daxil olan hər bir erməni və əcnəbi qonaq, o cümlədən turistlər Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər bölgələrindəki(məsələn, Kəlbəcərdəki Xudavəng məbədi) gözəl təbii mənzərə və tarixi abidələri seyr edə bilirlər. Bununla rəsmi İrəvan Azərbaycan torpaqlarını işğal etməsi faktını bir daha dolayısıyla təsdiqləmiş olur. Bu, həm də əcnəbi vətəndaşları turist qismində Azərbaycanın dövlət sərhədlərini pozmağa təhrik etməkdir…

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*