Saytımıza xoş gəlmisiniz

İrəvan qiyamı: Paşinyanın oğlu və 80 etirazçı tutuldu

Oxunma sayı: 196

The activists of ‘#merjirserjin’ initiative closed a number of streets during the action of disobedience in Yerevan, Armenia

Aprelin 17-də Ermənistanın paytaxtı İrəvanda polis etiraz aksiyasına qatılan 80 nəfəri tutub.

AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İrəvan polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan parlamentinin üzvü, “Çıxış” müxalifət blokunun sədri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın həbs edilməsinə gəlincə, idarədən həmin şəxsin saxlanılmadığı bildirilib.

Lakin müxalifət nümayəndləri hesab edirlər ki, saxlanılanlar arasında Aşot Paşinyan da olub. O, Şenqavit Rayon Polis Şöbəsində üç saat dindirildikdən sonra sərbəst buraxılıb.

İlkin Nəcəfzadə
AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*