Saytımıza xoş gəlmisiniz

İrəvanda Bolqarıstan prezidentinin adına konyak çəlləyi saxlanıldı – Özünə də 30 illik konyak bağışlandı…

Oxunma sayı: 95

166484

Rumen Radev:” Ermənistan bizim üçün strateji əhəmiyyət daşıyır…”

Fevralın 13-də İrəvan konyak zavodunda Ermənistanda rəsmi səfərdə olan Bolqarıstan prezidenti Rumen Radevin adına ənənəyə uyğun olaraq konyak çəlləyi saxlanılıb.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Bu, Bolqarıstan prezidentlərinin şərəfinə saxlanılan ilk konyak çəlləyi deyil.  “Ararat” zavodunda artıq  Bolqarıstan prezidentlərinin adlarına iki çəllək konyakı saxlanılır. 2004-cü ildə prezident Georgi Pırvanovun Ermənistana rəsmi səfəri zamanı da onun adına çəllək saxlanılıb.

Radev ATƏT-in Minsk qrupunun 2001-ci ildə İrəvana səfəri münasibətilə təsis edilmiş “Sülh çələyi”nə də  baxış keçirib. Çəlləkdə 1994-cü ildə Qarabağda atəşkəsin imzalanmasının rəmzi olan konyak spirti saxlanılır. Ermənilər həmin çəlləyi Qarabağ münaqişəsinin həll olunduğu gün açmağı nəzərdə tutublar.

Bolqarıstan prezidenti Rumen Radev fəxri qonaqlar kitabında “Mən sülh çəlləyinin mümkün qədər tez açılmasını diləyirəm” yazıb. Ermənilər Radevə, həmçinin,  “Erebuni” markalı 30 illik konyak hədiyyə ediblər.

Xatırladaq ki, Bolqarıstan prezidenti fevralın 12-13-də Ermənistana iki günlük dövlət səfəri zamanı  erməni həmkarı S.Sərkisyanla, bütün ermənilərin katolikosu II Garegin ilə görüşüb, Matenadaran, “Tumo” yaradıcılıq texnologiyaları mərkəzi və Peyo Yavorov adına131 saylı orta məktəbi ziyarət edib.  İrəvandakı saxta “soyqırım” abudəsini ziyarət edən Rumen Radev S.Sərkisyanla görüşdə “Ermənistan bizim üçün strateji əhəmiyyət daşıyır” ifadəsini işlədib.

Sultan Laçın

Moderator.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*