Ermənistanın paytaxtı İrəvan şəhərində Ermənistan Müdafiə Nazirliyinin iki zabiti bıçaqlanıb.
Ordu.az Shamshyan.com saytına istinadən xəbər verir ki, bədənin müxtəlif yerlərindən ağır bıçaq zədələri alan 2 zabit 1 saylı İrəvan xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı Arabkir rayon polis şöbəsində istintaq başlanıb. Polis yaralıların parkda mübahisə zamanı bıçaqlandığını aşkar edib.
Məlumata görə, bıçaqlananlardan biri olan Davit. M Ermənistan Müdafiə Nazirliyinin N saylı korpusunda, digəri – Artur. A isə Ermənistan Müdafiə Nazirliyinin Vayç-Dzor rayonundakı hərbi hissələrdən birində zabitdirlər.
Hazırda hər iki zabitin vəziyyəti ağır olaraq dəyərləndirilir, həyati riskləri davam edir.
Ağalar Qəribov
Ordu.az