Saytımıza xoş gəlmisiniz

“İrəvandakı etirazlara baxmayaraq “Polonez”lərə dair razılaşma baş tutacaq” – ÖZƏL

Oxunma sayı: 44

belarusian_polonez_missile_system_first_test_1517640673_1524472774_1524480795

“Aprelin 18-də Rusiyanın “Kommesant” nəşrinin Azərbaycanın Belarusdan “Polonez” reaktiv yaylım atəşi sisteminin planlaşdırılmaı barədə məlumatından sonra erməni KİV-lərinin sanki zəncirləri qırıldı – onlar yolüstü şəkildə Moskva, KTMT və hətta Çinlə Azərbaycana RYAS-ların təchizatına yol verməmək barədə məlumatı aşırı dərəcədə müzakirə edirlər. Lakin nə Ermənistan, nə də hər hansı başqa dövlət bu razılaşmanı pozmağa qadir deyil”.

Bunu Ordu.az-a açıqlamasında Minsk Strateji və Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru Arsen Sivitski bildirib.

Onun sözlərinə görə, Azəbaycan ənənəvi olaraq çətin zamanlarda Belarus tərəfinə yardım göstərən strateji müttəfiqdir.


“Belarusun “Polonez” RYAS-larının Azərbaycana təchizatını regionda mümkün eskalyasiyanın gərginləşməsi kontekstində Ermənistanı çəkindirən amil kimi qiymətləndirmək zəruridir. Aydındır ki, Azərbaycan Ordusunun “Polonez”ləri Rusiyanın 2016-cı ildə erməni tərəfində “İsgəndər” operativ taktiki raket kompleksinin təchizatına simmetrik cavab olacaq. İrəvan tərəfində etirazlara baxmayaraq bu razılaşma baş tutacaq. Hətta Belarus, Ermənistan və Rusiyanın KTMT üzvü olmaları da buna mane olmayacaq. Həmçinin Rusiya tərəfinin özü həm Ermənistan, həm də Azərbaycanı silahla təchiz edir.

Nə İrəvan, nə Moskva üçüncü tərəflərlə hərbi-texniki əməkdaşlıq məsələlərini Minsklə koordinasiya etmir. Bu səbəbdən Belarus tərəfi bu sahədə müstəqil qərarlar qəbul etmək hüququnu özündə saxlayır. Azərbaycan Belarus üçün strateji müttəfiqdir və ənənəvi olaraq çətin zamanlarda Belarusa yardım göstərir. Buna görə də Minskin Bakını silah sistemləri və hərbi texnika təchiz etməsi həm də siyasi etimad və ticari-iqtisadi əməkdaşlıqla şərtlənir. Həmçinin iki ölkənin lideri – Aleksandr Lukaşenko və İlham Əliyev uzunmüddətli şəxsi dostluq əlaqələrinə malikdirlər”, – deyə A. Sivitski bildirib.

Sadıq Əli
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*