Saytımıza xoş gəlmisiniz

Paşinyan – küçə oyunçusu

Oxunma sayı: 1. 048

37775485_2127012417572454_8140327850562551808_n

“Ötən hər gün hakimiyyət piramidasının zirvəsindəki adamların küçə-mitinq mübarizəsi üçün ixtisaslaşdıqlarını sübuta yetirir. Onlar dəyişə bilmirlər. Belə təsəvvür yaranır ki, hakimiyyət piramidası formalaşmamış uçulub-dağılır.”

Karabakh.tv xəbər verir ki, bu fikirlər “İrates” qəzetində yer alan məqalədən götürülüb.

Məqalədə daha sonra deyilir:

“Çağırışlar istər daxili, istərsə də xarici siyasət müstəvisində kifayət qədər güclüdür. Amma yeni hakimiyyətin Rusiya üçün məchul hibrid olduğu,  Moskva-İrəvan münasibətlərinin yaxın günlərdə “qarşılıqlı anlaşmazlıq divarı” ilə kəsiləcəyi barədə söhbətlər baş nazirin son mətbuat konfransında təsdiqini tapdı.

Di gəl heç Avropa İttifaqı və ABŞ-la münasibətlər də yaxşı deyil: Svitalskiy-Paşinyan diskussiyasını xatırlayaq. İki baş nazirin Kanadada və Amerikadakı “tur”u nəinki aşağı səviyyədə keçirilən görüşlər kimi yadda qaldı, həm də heç bir investisiya paketi ilə uğur qazana bilmədi.

Ermənistan xüsusi beynəxalq vəziyyətə düşüb.

Ölkə “maraqlı” iqtisadi layihələrə hazırdırmı? Cavab vermək çox çətindir. Yeni hakimiyyətin, xüsusilə baş nazir Nikol Paşinyanın ritorikası şübhə doğurur: dəhşətli daxili və xarici problemlərin at oynatdığı “klub”da o tək oynamaq qərarına gəlib.

Yalqız oyunçu siyasi güclər və “hökumətin razılığı”nı formalaşdıran üzvlərlə ciddi problem yaşayır. Ortada çoxsaylı əngəllər var. Paşinyanın öz komandasının daxilində də kəskin qarşıdurmalar yaşanır. Burada artıq böyük mübarizə başlayıb. Bu mübarizənin mərkəzində Daniel İoannisyan dayanır. Digərlərinin mübarizəsi isə hələlik “xalça altında” gedir.”

Ümumiyyətlə, son günlər erməni mətbuatında baş nazir Nikol Paşinyanın simasında yeni hökumət tutarlı tənqid atəşinə tutulur. Paşinyan hökumətinin bu cür təzyiqlərə davam gətirəcəyi isə artıq erməni ictimaiyyətində dərin şübhələr doğurur. Belə çıxır ki, Ermənistanda hakimiyyət piramidası yaxın vaxtlarda sözün həqiqi mənasında formalaşmamış uçulub-dağılacaq.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*