Saytımıza xoş gəlmisiniz

“İrates”: Rusiya Dağlıq Qarabağ məsələsində ciddi tələskənlik nümayiş etdirir

Oxunma sayı: 208

2018/09/10756-1537362865.jpg

“Deyirlər, Rusiya Qarabağ məsələsində ciddi tələskənlik nümayiş etdirir və Xarici İşlər nazirlərinin “nonstop” görüşləri əsasən bu halla şərtləndirilib. Həmçinin Serj Sarkisyana qarşı işin açılması da bununla şərtləndirilib”.

Karabakh.TV Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “İrates” qəzeti yazıb.

Qəzet Ermənistanın sabiq prezidenti Serj Sarkisyan dar bir mühitdə dediyi sözləri xatırladıb.

“Qarabağ məsələsində Nikolun etdikləri nə qədər narahat edirsə, onun mənə, digərlərinə, hətta Ermənistana qarşı etdiyi məni narahat etmir. Zamanla hər hansı qaydada həm Ermənistan, həm də digər problemlərlə bağlı kazusları bərpa etmək mümkün olacaq, bərpaolunmaz Qarabağdır”, – deyə Sarkisyan bildirib.

Sarkisyan konkret olaraq nəyi nəzərdə tutduğunu deməyib, lakin belə bir fikir var ki, “danışmayan” prezident heç vaxt belə bir şeyi ciddi əsaslar olmadan deməz.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*