Saytımıza xoş gəlmisiniz

İşğal altındakı Azərbaycan torpaqlarında 1 ha kartof əkənə 300 DOLLAR VERİLİR…

Oxunma sayı: 128

182442

İşğal altındakı Azərbaycan ərazilərində qondarılmış separatçı-terrorçu erməni rejimi torpaqlarımızda bitkiçilik və tərəvəzçiliyə mümkün qədər dəstək verməyə çalışırlar.

Moderator.az  xəbər verir ki,  separatçı nəşrlərin yaydığı məlumata görə, özünü “kənd təsərrüfatı nazirliyi” adlandıran qurumun əməkdaşları bölgələrdə əkin-biçin sahələrinin ölçülməsini həyata keçirməyə başlayıblar.

Bundan məqsəd daha çox bitki və tərəvəz becərənlərə stimul verməkdir. 2017-ci ildə  tərəvəz əkən ermənilərə hər hektara görə 200 min dram(təxm. 405 dollar) qarşılıqsız maliyyə dəstəyi verilib.  2018-ci ildə isə  0,5 hektardan çox tərəvəz əkənlərə də dəstək vermək nəzərdə tutulub. Bu ildən siyahıya kartof becərilməsi də əlavə olunub. Kartof becərən ermənilərə hər hektarına görə 150 min dram(təxm. 304 dollar)  veriləcək.

Sultan Laçın 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*