Saytımıza xoş gəlmisiniz

İşğal altındakı torpaqlarımızdan 55 milyon dollarlıq VERGİ VƏ RÜSUM TOPLANDI

Oxunma sayı: 46

36627181_1572163472913372_2700580143285403648_n

Azərbaycanın işğal altındakı Xankəndi şəhərini özünə paytaxt etmiş qondarma separatçı erməni rejimi  2018-ci ilin 1-ci yarısı haqda “maliyyə hesabatı” verib.

“KarabakhTV” xəbər verir ki,  bu haqda “maliyyə nazirliyi” adlandırılan saxta qurum məlumat yayıb. Məlumata görə, Moskva və İrəvanın dəstəyi ilə mövcud olan hərbi xunta rejimi cari ilin 6 ayı ərzində işğal altındakı Azərbaycan torpaqlarındakı əhali və obyektlərdən vur- tut 26 mlrd. 956,4 mln. dram (55,031700 mln. dollar) məbləğində vergi və rüsum toplayıb. İddiaya görə, bu rəqəm planlaşdırılmış məbləğdən(25 mlrd. 400 mln. dram) 6, 1 faiz çoxdur.

Xəbərdə deyilir ki, vergi və rüsumların artmasında əsas yük işğal altındakı Azərbaycan torpaqlarındakı əlvan metal, o cümlədən qızıl, mis və molibden yataqlarının istismarıyla məşğul olan “Beyz Metals” şirkətinin payına düşür. Digər səbəb kimi isə “iqtisadi artım” göstərilir.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*