Saytımıza xoş gəlmisiniz

İşğal edilmiş torpaqlarımızda toy sədaları çoxalır : SOS

Oxunma sayı: 81

1492985259_artsakh-or-nagorno-karabakh-republic-10-important-facts1

2017-ci ildə Qarabağda 2336 uşaq anadan olub

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, qondarma Dağlıq Qarabağ rejiminin statistika xidməti 2016-2017-ci ildə evlilik və boşanmalarla bağlı statistika ilə çıxış edib.

Məlumata görə, 2017-ci ildə Qarabağda 961 nigah qeydə alınıb. 2016-cı il üçün bu göstəricisi 934 olub.

Statistika xidməti boşanmaların da az olmadığına diqqət  çəkib.  Belə ki, 2017-ci ildə boşanmaların sayı 35.1% olub. Başqa sözlə desək, 227 boşanma halı baş verib. Bununla yanaşı, 2017-ci ildə Qarabağda anadan olan uşaqların sayının kifayət qədər çox olduğu diqqət çəkir. Daha dəqiq desək, 2017-ci ildə Qarabağda 2336 uşaq anadan olub.

Statistika xidməti  qızlara daha çox Maria, Mane, Anna, Ani, Mariam, Nare, Yeva, Mari, Angelina, Milena, oğlanlara isə Tigran, David, Arman, Narek, Hayk, Artyom, Mark, Gor, Daniel və Artur adlarının qoyulduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, ermənilərin işğal edilmiş torpaqlarda məskumlaşması, bu torpaqlarda evliliklərin artması, doğulan uşaqların sayının çoxalması uzun illərdir ki, Azərbaycanı narahat edən məsələlər sırasındadır. Bəzi siyasilər bu prosesi Azərbaycan torpaqlarının ilhaqına cəhd kimi qiymətləndirir və hesab edir ki, düşmənin bu addımı torpaqların işğalı faktı qədər təhlükəlidir.

Seymur ƏLİYEV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*