Saytımıza xoş gəlmisiniz

İşğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirilir

Oxunma sayı: 94

32580669_2069184086688621_4168395082233282560_n

Karabakh.tv xəbər verir ki,  ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıb. Mayın 14-də start götürən bu çevik-taktiki təlimlərə xeyli sayda hərbi hissə və şəxsi heyət cəlb olunub.

Təlimlərin gedişinə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik Movses Akopyan və general-leytenant Levon Mnaçakanyan nəzarət edir.

Təlimlərdə məqsəd düşmənin güclü hücumu zamanı müdafiə döyüşünü həyata keçirməkdir.

Məlumata görə, hərbi oyunlarda bir sıra yeni silahların tətbiqinə başlanılıb.

Görünür, Paşinyan və onum komandası Azərbaycan ordusunun bugünkü hərbi qüdrətindən çox narahatdır.

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*