Saytımıza xoş gəlmisiniz

“İstər Köçəryan, istər Sərkisyan, istərsə də Paşinyan tutulsun, özümüzü aldatmayaq…”

Oxunma sayı: 335

189958

Ermənistanda həyata keçirilən son həbslər, xüsusilə də sabiq prezident Robert Köçəryanın həbsi düşmən ölkədə başda Serj Sərkisyan olmaqla, yeni fiqurtların həbs ediləcəyi ilə bağlı proqnozlara yol açıb.

Mövzü ətrafında Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu Ermənistanda baş verən bu kimi həbslərin Azərbaycan üçün heç bir məna əxz etmədiyini söylədi. Partiya sədrinin sözlərinə görə, Qarabağın işğalda qalması fonunda yaşanan bu həbslərin ölkəmiz üçün hər hansı əhəmiyyəti yoxdur:

“Bizim yeganə təsəllimiz Qarabağdır. Biz Qarabağı özümüzə qaytarmayana qədər heç nə bizə təsəlli ola bilməz. Heç kim də bizə təsəlli verməməlidir. Qarabağ qayıtmayana qədər biz nədənsə təsəlli alacağıqsa, bu, o deməkdir ki, biz özümüzü aldadırıq. Bizə Qarabağın qaytarılması lazımdır. İstər Koçaryan, istər Sərkisyan, istərsə də Paşinyan tutulsun, fərq etməz. Kim azadlığa çıxır-çıxsın, bunun da bizim üçün önəmi yoxdur. Yeganə məqsədimiz Qarabağın qaytarılması və ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətə görə beynəlxalq hüquq qarşısında cavab verməsidir”.

Seymur ƏLİYEV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*