Saytımıza xoş gəlmisiniz

“İstəyərdim ki, torpaqlarımızı tam olaraq işğaldan azad edənlərin sırasında olum…”

Oxunma sayı: 88

160945-1

“Bilim ki, mən gələcək nəsillərimizə artıq işğalsız və ərazi bütövlüyü bərpa edilmiş bütöv bir Azərbaycanı qoyub gedirəm”

Bu gün keçmiş korpus komandiri, tanınmış ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun doğum günüdür. Ş.Ramaldanov 1957-ci il sentyabrın 5-də Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub.

Ş.Ramaldanov Moderator.az-a açıqlamasında doğum günüylə bağlı öz təəssüratlarını bölüşüb:

“Təbrikiniz üçün çox sağ olun. Doğum günümün o biri günlərdən fərqi odur ki, bu gün dostlarımdan, yaxınlarımdan çoxlu təbriklər alıram, səmimi sözlər eşidirəm və bu da məni çox sevindirir. Bu xoş sözləri gördüyüm zaman sevinirəm ki, bu həyatda düzgün yaşamışam və bununla da qürur duyuram. Bu populist sözlər deyil, bir hərbçi kimi, həm də vətəni canından çox istəyən bir vətəndaş kimi və həm də müharibədə iştirak eləyən bir adam kimi istəyərdim ki, özümün hücum əməliyyatımı da davam edim və torpaqlarımızı tam olaraq işğaldan azad edənlərin sırasında olum. Bilim ki, mən gələcək nəsillərimizə artıq işğalsız və ərazi bütövlüyü bərpa edilmiş bütöv bir Azərbaycanı qoyub gedirəm. Arzularımdan biri də odur ki, öz yurd-yuvalarında didərgin düşmüş soydaşlarımız və gənclərimiz ata-baba torpaqlarına qayıtsınlar və bütöv Azərbaycanı çiçəkləndirsinlər. İnş Allah Allah-təala bu sevinci mənə qismət edər”.

Vasif Əlihüseyn

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*