Saytımıza xoş gəlmisiniz

“Jamanak”: İran nümayəndə heyəti ümumerməni oyunlarında iştirak etməyəcək

Oxunma sayı: 53

2019/06/zhama-1561619581.jpg

Türkiyə və Gürcüstan nümayəndə heyətləri kimi İran nümayəndə heyəti də ümumerməni oyunlarında iştirak etməyəcək, çünki oyunlar Qarabağda keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazıb.

Nəşrin məlumatına görə, İran hökuməti Azərbaycanla əlaqələri korlamaq istəmir.

“İran nümayəndə heyəti də ümumerməni oyunlarında iştirak etməyəcək. Səbəb oyunların açılış mərasiminin Qarabağda baş tutmasıdır. İran hökuməti Azərbaycanla əlaqələri korlamaq istəmir.

Məlumdur ki, Gürcüstan və Türkiyənin erməni nümayəndə heyətləri də oyunlarda iştirak etməkdan imtina edib. Bu ölkələrin erməni cəmiyyətlərinin nümayəndələri ümumerməni oyunlarında təmsil olunmaq üçün Ermənistan hakimiyyətindən tədbirlər görülməsini xahiş edirlər”, – deyə nəşr yazır.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*