Saytımıza xoş gəlmisiniz

“Jamanak”: KTMT-nin Baş katibi məsələsi 2020-ci ilədək uzana bilər

Oxunma sayı: 293

2018/12/al-30-1544514989.jpg

“KTMT-nin Baş katibinin seçilməsi məsələsi sonsuzadək uzana bilər”.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı “Jamanak” qəzeti adı açıqlanmayan rus mənbələrinə istinadən yayıb.

Mənbənin məlumatına görə, proses 2020-ci ilin may ayında Ermənistana verilən 3 illik səlahiyyət müddətinin başa çatmasınadək uzana bilər. Bu müddət ərzində Baş katib vəzifəsini, hazırda təşkilatın rəhbəri vəzifəsini müvəqqəti icra edən, KTMT-nin Baş katibinin müavini Valeri Semirikov icra edəcək.

“Bu, qarşılıqlı güzəşt variantlarından biri olacaq. Bir tərəfdən Ermənistan Xaçaturova qarşı cinayət işi açdığına və KTMT-nin nüfuzuna xələl gətirdiyinə görə cəzalandırılacaq, digər tərəfdən Ermənistanın bu vəzifəyə olan iddiasını pozmadan, Belarus vaxtından əvvəl bu vəzifəni əldə edə bilməyəcək”, – deyə mənbə qeyd edib.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*