Saytımıza xoş gəlmisiniz

Kaliforniya qubernatorunun erməni havadarlığı – Nyusom Türkiyəyə investisiya qoyuluşunu yasaqladı

Oxunma sayı: 32

fb951e0be4fa4c9bf844c00e22b55cd1

ABŞ-ın Kaliforniya ştatının qatı ermənipərəst qubernatoru Gevin Nyusom dünən erməni lobbisinin təhriki ilə Türkiyəni qəzəbləndirəcək addım atıb.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, qubernator G.Nyusom “AB 1320” deyə tanınan qanun layihəsini imzalayaraq ştatın ictimai pensiya fondlarının Türkiyəyə sərmayə qoymasını yasaqlayıb.

Qubernatorun sözlərinə görə, o, “1915-ci ildə 1,5 milyon erməninin “öldürüıdüyü” qondarma “soyqırımı” xatirəsinin yad olunması və “ədalətin bərpa edilməsi” naminə” həmin aktı təsdiqləyib.

İmzalama mərasimində qanun layihəsinin müaəllifi, Kaliforniya Assambleyasının üzvü Adrin Nəzəryan da iştirak edib. Erməni əsilli ştat qanunvericisi “Kalifrniyanın dünyanın 5 ən böyük iqtisadi mərkəzindən biri olduğunu, bu layihənin qüvvəyə minməsi ilə onun Türkiyəni “soyqırımı” inkar etmək siyasətini kəsməsini tələb etdiyini” söyləyib.

Qeyd olunur ki, yeni sənədlə iri pensiya fondları Türkiyəyə yeni sərmayələr qoya bilməz və hətta artıq mövcud investisiya layihələrini geri çəkməlidir.

Bu akt ştatın iqtisadi çevrələrinin böyük narazılğına səbəb olub. Son məlumatlara (2018 31 dekabr) görə, pensiya forndlarının Türkiyəyə yatırımları 350 milyon dollar civarındadır.

Kaliforniya ermənilərin kütləvi şəkildə yaşadığı ştat sayılır və burada onlaırn lobbisinin təsiri olduqca güclüdür. Ermənilər həmin aktın qəbuluna uzun illərdir ki, çalışıblar.

Sonuncu dəfə qanun layihəsi keçmiş qubernator Cerri Braun tərəfindən veto edilmişdi.

Musavat.com

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*