Saytımıza xoş gəlmisiniz

Kanada vətəndaşı Xocavənddə erməni ailəsini evlə təmin etdi – Foto

Oxunma sayı: 55

34483603_1533111293485257_9129537549876854784_n

Kanadalı xeyriyyəçi Azərbaycanın 26 ildir ki, işğal altında qalan Xocavənd rayonunun “Uxtadzor” adlandırılmış Edilli kəndində çoxuşaqlı erməni ailəsi üçün ev tikib.

“KarabakhTV” xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. “Hayastan” Ümumerməni fondunun Kanada filialının sponsoru Austrin Noryan 7 nəfərlik Naapetyan ailəsinin müharibə zamanı tam dağıdılmış  evini yenidən bərpa və təmir edib. 4 otaqlı mənzil mebellə də təmin edilib. Bundan sonra Sergey Naapetyan 5 övladı və arvadı ilə rahat şəraitdə yaşayacaq.

Qeyd edilir ki, Naapetyan ailəsi işğal altındakı Azərbaycan torpaqlarında Ümumerməni fondu tərəfindən evlə təmin edilmiş 31-ci ailədir.

Sultan Laçın

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*