Saytımıza xoş gəlmisiniz

Karaqanda iğtişaşları: Nazarbayevə qarşı “erməni ssenarisi”

Oxunma sayı: 118

7b9bc8057f161a2859317f9d22828165

Politoloq: “Proseslərin siyasi çalar aldığı və rənglərin getdikcə tündləşdiyi aydındır”

Hələ 2016-cı ilin yayında Qazaxıstanın şimalında “Qazaxıstan Azadlıq Ordusu” adlı qrup Nursultan Nazarbayevə qarşı müharibə elan etdiyini bildirmişdi.

Həmin il iyunun 5-də Aktobedə iki silah mağazası qarət edilmiş və ekstremistlərlə hərbçilər arasında atışma baş vermişdi.

Nazarbayev həmin hadisələrdən bir neçə gün əvvəl xalqa müraciətində adını çəkmədiyi dairələrə mesaj göndərərək Qazaxıstanda “Ukrayna ssenarisi”nin təkrarlanmasına yönəlmiş cəhdlərin qarşısının ən sərt şəkildə alınacağını söyləmişdi

Həmin qüvvələr Elbasından qisas almaq üçün xaos yaratmağa səy göstərirlər. Bunun üçün dəfələrlə tətbiq edilmiş və iğtişaşların yaranmasına səbəb olmuş hazır “erməni ssenarisi” var.

Karaqanda iğtişaşları ile ilgili görsel sonucu

Ona görə Karaqanda vilayətində Yeni il gecəsi, yəni 2019-cu il yanvarın 1-də “Qədim Roma” restoranında 23 yaşlı qazağı qətlə yetirən üç erməni – Malxasyan Torq Manveloviç, Malxasyan Soxhak Samveloviç və Nadırbekov Kair Xamitoviçin bu ssenarinin tərkib hissəsi olduğu mülahizələri səslənməkdədir.

Karaqanda hadisəsində erməni diasporunun adının hallanması təsadüfi deyil. Sovet ittifaqı dağılan ərəfədə də erməni etnik qrupunun nümayəndələri milli iğtişaş yaratmışdılar. Azərbaycanın Sumqayıt şəhərində, Özbəkistanın Fərqanə, Qırğızıstanın  Oş şəhərində baş vermiş bütün iğtişaşlarda onlar aparıcı olublar.

Nəhayət, Qazaxıstandakı bu cinayətin, sadəcə, məişət zəminində olduğunu düşünmək sadəlövhlük olardı. Çünki söhbət cinayətdə erməni diasporunun çoxsaylı nümayəndəsinin iştirakından gedir.

Erməni diasporu və Ermənistan hakimiyyəti hadisədən ciddi narahatlıq keçirib. Ermənistan səfirliyi və Qazaxıstandakı erməni diasporu bəyanat yayıb, qətlə yetirilən gəncin ailəsinə başsağlığı verib, aksiyaçıları sakitliyə çağırblar.

Karaqandada erməni ile ilgili görsel sonucu

Ermənistan XİN rəhbəri də qazax həmkarı ilə telefon əlaqəsi yaradıb. Baş nazir əvəzi Nikol Paşinyan da hadisə ilə bağlı narahatlığını ifadə edib.

Maraqlıdır ki, hadisədən sonra bir qrup qazax azərbaycanlılara məxsus Bakı restoranına hücum edib, oranı dağıtmaq istəsələr də, sonradan bu obyektin ermənilərə məxsus olmadığını bildikdən sonra fikirlərindən daşınıblar.

Güman olunur ki, onlara bu ünvanı nişan verən elə ermənilər özləri olub. Bu cinayətin məişət zəminində olduğu, yoxsa siyasi müstəviyə çıxarılması üçün körükləndiyi yaxın dövrdə bilinəcək.

47082920_317186792217117_1180562376525611008_n.jpg (145 KB)

Siyasi şərhçi Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, hadisələrin siyasi motivdə, yoxsa məişət toqquşması zəminində baş verdiyini istintaq müəyyən edəcək: “Hətta məişət qarşıdurması zəminində başlasaydı belə, proseslərin artıq siyasi çalar aldığı və rənglərin getdikcə tündləşdiyi və qarışdığı aydındır.

Ermənistan baş naziri Paşinyanın, iki ölkə xarici işlər və daxili işlər nazirliklərinin, Qazaxıstanda və Rusiyadakı erməni diasporasının qarışdığı problem şübhəsiz ki, siyasiləşib”.

Siyasi analitikin fikrincə, hadisələrin siyasi çalarına ona görə inanmaq olar ki, burada bizə tanış bir erməni dəsti-xətti görünür:

“Əvvəlcə öz millətindən olan bir neçə şəxsi məqsədli şəkildə cinayətə alət etmək, yerli əhalidən olan şəxsləri öldürmək, millətlərarası münaqişəni qızışdırmaq, sonra isə həmin xalq ayağa qalxıb qatil ermənilərə ədalətli mühakimə tələb edəndə, ara qızışdıran ermənilərin onların torpağından çıxıb getməsini istəyəndə buna milli ədavət, ermənilərin sıxışdırılması, təqiblərə məruz qalması donu geyindirmək.

Biz bunu 1965-ci ildə Qarabağda, 1988-ci ildə Sumqayıtda, indi isə Qazaxıstanda müşahidə etmişik. Ən böyük sübutu isə 1915-ci ildə olmuşdu ki, Osmanlı imperiyasında qətl-qarətlə məşğul olan ermənilərin ara qızışdırmaması üçün onları ucqarlara göndərəndə bunun adını uydurma şəkildə “soyqırım” qoyublar.

Hazırda Qazaxıstanda da oxşar proseslər gedir. 35 nəfər erməni 4 nəfər yerli qazağa hücum edib, qətl hadisəsi törədiblər, qazaxlar haqlı olaraq buna reaksiya verəndə isə hay-küy salırlar ki, guya bu, onlara qarşı diskriminasiyadır”.

N.Məmmədovanın sözlərinə görə, ermənilərin postsovet ölkələrində – Rusiyada, Ukraynada, Moldovada, Gürcüstanda da yerli əhaliyə, eləcə də azərbaycanlılara qarşı dəfələrlə vəhşilik etməsi, onları döyməsi, qətlə yetirmələri barədə daima məlumatlar verilir:

“Bu gün də biz ermənilərdə, həm də ABŞ-ın keçmiş səfiri R.Millzin təəccübləndiyi kimi, işğala bəraət qazandırıb başqasının torpağını qaytarmaq istəməyən Ermənistandakı ermənilərdə yox, ayrı-ayrı ölkələrdə icma şəklində yaşayan ermənilərdə də bu xüsusiyyətdən irəli gələn davranışları görürük.

35 nəfər 4 nəfərə hücum edirsə, qətl törədirsə, bu, mütəşəkkil cinayətkar dəstədir. Ermənilər bildiyimiz kimi tək postsovet ölkələrində deyil, ABŞ, Almaniya, Fransada kriminal işlərlə məşğul olur, mafiya yaradaraq cinayətlər törədirlər.

Hüquq dəyərlərinin olmadığı yerdə kriminal işə düşür və bu, ermənilərin xarakterik cəhətidir”.

Ekspert məsələnin siyasi tərəfinə gəlincə, Qazaxıstanda erməni icmasından istifadə etməklə aranı qarışdırmaq versiyası da istisna etmir:

“Belə ki, Qazaxıstan bir türk dövlətidir, bizim Xəzər qonşumuzdur. Qazaxıstanın Azərbaycan və Türkiyə ilə çox yaxşı münasibətləri var. Qazaxıstan prezidenti Nazarbayev Azərbaycan prezidenti ilə çox yaxşı səmimi münasibətlər saxlayır.

Üstəlik, Qazaxıstan son dövrdə Ermənistana qarşı aşkar mövqeyi ilə seçilir. Bu, xüsusən şəxsən Paşinyana qarşı mövqedə, eləcə də Ermənistan namizədinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Qazaxıstan və Belarus tərəfindən rədd olunmasında özünü büruzə verdi. Bu amillər də ermənilərin Qazaxıstanda iğtişaş yaratmasına səbəb ola bilər.

Daha bir versiya ondan ibarətdir ki, Ermənistanın indiki prezidenti Armen Sərkisyanla Qazaxıstan prezidentinin qızı və siyasi varisi hesab olunan Dariqa Nazarbayeva arasında geniş biznes münasibətləri var.

Ermənistan prezidentinin Nazarbayevin qızı nüfuzlu Dariqa ilə çox yaxın əlaqələri mövcuddur.

2013-cü ildə Armen Sərkisyanın şəxsi dəvəti ilə Ermənistana gələn ingilis şahzadəsi Çarlzın səfəri zamanı Dariqa da İrəvanda idi.

Məhz Armen Sərkisyanın tövsiyəsinə əsasən Dariqa hazırda Qazaxıstanın bütün telekanallarını özündə birləşdirən media holdinq yaradıb. Ermənistanın yeni prezidenti həmin holdinqdə 5 faiz səhmlərə sahibdir.

Sərkisyan habelə Dariqanın 2002-ci ildən hər il Astanada keçirdiyi və təşkilat komitəsinə sədrlik etdiyi Avrasiya Media Forumunun əsasını qoyan şəxsdir.

Berdimuhəmmədovla da yaxşı münasibətləri olan Sarkisyan hələ biznesmen olan vaxtı onunla Aşqabad dəniz limanının inşası, sement zavodlarının tikilməsi, mədənçıxarma və kommunikasiya tenderlərində iştirak barədə razılığa gəliblər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*