Saytımıza xoş gəlmisiniz

Kaspişik: “Gərginliyi azaldan istənilən tədbirləri dəstəkləyirəm”

Oxunma sayı: 67

485b914c-df46-4411-8bf9-947d3407e71e23423_1519202322-1

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə həyata keçirdiyi görüşün yekunu olaraq, nazirlər həmsədrlərin ATƏT-in fəaliyyətdə olan həmsədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair genişlənmiş sənədlə razılaşıblar. Bununla belə, qeyd edilir ki, tərəflər sənəd üzərində işlərin mümkün qədər tez yekunlaşmasına ümidvar olduqlarını bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspişik News.am saytına açıqlama verib.

– İşlərin bitməsini və praktik fəaliyyətin başlmasını nə qədər tez gözləmək olar?

– Genişləndirmə ATƏT-in Minsk Qrupunun tənzimlənməsi ilə məşğul olduğu münaqişəylə bağlı ATƏT-in mövcud sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi prinsipi Azərbaycan və Ermənistan prezidentləri tərəfndən 2016-cı ilə Sankt-Peterburqda keçirilən görüşdə qəbul edilib. Mənim mandatım etimadın möhkəmləndirilməsi üzrə tənzimlənmə tədbirlərinin qəbul edilməsindən ibarətdir. Prezidentlərin qərarına müsbət yanaşıram və nünaqişənin konstruktiv istiqamətdə irəliləməsi təşəbbüsünə dəstək üçün ATƏT-in sədri, həmsədrləri və münaqişə tərəfləri ilə əlaqə saxlamağa davam edirəm.

– Komandanın heyətini neçə nəfərədək artırmaq planlaşdırılır? Komandanın funksiyaları dəyişibmi?

– Genişləndirilmiş qrup beynəlxalq əməkdaşlara malik olacaq. Əlavə əməkdaşlar daha öncə şəxsi nümayəndənin sahə köməkçilərinin həyata keçirdiyi tapşırıqları yerinə yetirəcəklər.

– Keçirilən monitorinqlərin tezliyi, onların keçirilməsinin davamiyyətliliyi dəyişəcəkmi?

– Əlavə personalın mövcudluğu rəsmi nümayəndənin ofisi tərəfindən monitorinqlərin keçirilməsi tezliyi üçün potensial yaradacaq.

– Sizcə, komandanın genişləndirilməsi stabilliyin qorunmasına hansı dərəcədə təsir göstərəcək?

– Şəxsi nümayədə qrupunun genişləndirilməsi ön cəbhədə gərginiyin azalmasına səbəb olacaq etimadın möhkəmləndirilməsinə səbəb ola və stabilliyi yüksəldə bilər. Mən gərginliyi və ön cəbhədə qurbanları azaldan istənilən tədbirləri alqışlayıram.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*