Saytımıza xoş gəlmisiniz

Keşikçidağ monastrı ətrafındakı ziddiyyətlər, Rusiya və Ermənistan tərəfindən qızışdırılır – Faiq İsmayılov yazır… – FOTO

Oxunma sayı: 215

azpressaz-faiq-ismayilov-gurcustan-kesikcidag-ermenistan-rusiya-9

Son zamanlar Keşikçidağ ətrafındakı söz-söhbətlər o qədər çoxalıb ki, hadisəni analiz etmək əvəzinə onun mahiyyətini bilməyənlər bilənlərdən çox danışmağa başlayıblar. Məsələ ətrafında yürüdülən yersiz fikirlər və dediqodular ekstremizmin qızışdırılmasına və münaqişənin dərinləşməsinə səbəb olur. Birmənalı şəkildə qeyd etmək lazımdırki, heç bir tarixi dövrlərdə gürcülərin bu abidəni ziyarət etmələrinə azərbaycanlılar tərəfindən maneə yaradılmamışdır.

Məsələnin mahiyyətinə gəlincə demək olar ki söz-söhbətin yaranmasına səbəb, nə dini və nədə mədəni faktorlar deyil. Burada əsas məqsəd gürcü azərbaycan münasibətlərini zədələmək, bölgədə ikinci Qarabağ münaqişəsi alovlandırmaqdır. Abidə ətrafında tez-tez rus bloger Aleksandr Lapşinin peyda olması Gürcüstanda görüşlər keçirməsi buradan Ermənistana və Qarabağa səfərlər etməsi, yaradılan münaqişənin koordinatoru olduğu anlamını yaradır.

Aleksandr Lapşin 29 aprel 2019-cu il tarixdə özünün Livejurnal bloqunda “Азербайджан “отжал” у Грузии православный монастырь в пограничной зоне (Грузия)” https://puerrtto.livejournal.com/1080864.html /Azərbaycan sərhəd ərzsisndə Gürcüstanım provaslav monastrını zəbt etdi/ məqaləsində Azərbaycanı Gürcüstan ərazisini zəbt etməkdə, gürcüləri on illər öncədən belə monastırda ibadət etməyə qoymamaqda ittiham edir.

Lakin müəllif unudurki, 1948-ci ildən 1990-cı ilədək mağaraların çapıldığı qayaların yaxınlığında hərbi poliqon yerləşirdi. Bütün bu illər burada Sovet ordusunun artilleriya təlimləri keçirilirdi. 42 il bu ərazilər baxımsız, yiyəsiz qalmışdı. Hərbi obyektdə nəinki elmi araşdırmalar aparmaq, monastrda ibadət etmək, adi gəzintiyə çıxmaq da Sovet Ordusu tərəfindən yasaq olmuşdu. Azərbaycan müstəqillik qazandıqdan sonra gürcülər bu monastrda pasxa bayramlarını qeyd etməyə başladılar. Hal-hazırda gürcülərin Keşikçidağ monastrında ibadət etmələrinə heç bir məhdudiyyət yoxdur.

Bir neçə gün öncə Azərbaycan əsgərləri tərəfindən monastra girişə məhdudiyyətin tətbiq edilməsi, məhz Aleksandr Lapşinin və Rusiyadakı digər erməni diaspor üzvlərinin vəsaiti hesabına bir qrup gürcü gəncin monastr ətrafına gətirilərək Azərbaycan Dövləti əleyhinə şüarlar səsləndirmələri və onların Azərbaycanın ərazibütövlüyünün pozulmasına yönəli hərəkətləri səbəb olmuşdur.

2005-ci il oktyabr ayının 12-də Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkmiş, 19 dekabr 2007-ci ildə 2563 saylı sərəncamı ilə mağaralar kompleksindəki zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazidə tarix-mədəniyyət qoruğu elan edilmişdir

Qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərin biri Azərbaycan Prezidentinin şərəfinə “İlham Əliyev zirvəsi” adlandırılmışdır. Hətta, qoruq haqqında “Yaddaş” Sənədli Filmlər Studiyasının təşkilatçılığı ilə “Qədim yurdun daş kitabəsi” adlı bədii sənədli film hazırlanmışdır.

13 may 2019-cu il tarixdə Aleksandr Lapşin “Ridus” Adlı rus sayıtında https://www.ridus.ru/news/298618?utm_source=pulse_mail_ru&utm_referrer=https%3A%2F%2Fpulse.mail.ru yenə də Keşikçidağ monastrından bəhs edən “Почему Азербайджан забрал у Грузии монастырь в пограничной зоне” adlı yazı ilə çıxış edərək Gürcüstanda Azərbaycan əleyhinə seperatizm meyllərini gücləndirməyə nail olmuşdur. Nə qədər acı olsada deməliyəmki bu gün Aleksandr Lapşin Rusiya və Ermənistanın təmsilçisi qismində, Gürcüstan və Azərbaycan arasında düşmənçiliyin yaradılmasının təminatçısı kimi çıxış edir.

Bu məqaləsində Aleksandr Lapşin Keşikçidağ monastrında olarkən bir qrup “bədheybət” Azərbaycan əsgərinin əlisilahlı monastra daxil olaraq onlara “zor” tətbiq etmələri barədə yazır. Lakin monastr ərazisində hər daşın və kəsəyin şəkilini çəkən Lapşin bu əsgərlərin çəkməməsi onun yalan danışdığını sübut edir. Çünki belə bir hadisə baş versəydi o Aleksandr Lapşinin obyektindən yayına bilməzdi. Aleksandr Lapşin bilməlidir ki bu ərazi Azərbaycanın təsərrüfat subyektidir, yəni Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğudur.

“Keşikçidağ” mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. Kompleks sərhəd zolağı boyunca 25 km-dək uzanır. “Keşikçidağ” mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöl gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750–950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir.

Qoruğun ərazisində 100-ə qədər ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan bizə miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın son tunc və ilkin dəmir dövrünə aid kurqanlar, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban memarlığına aid məbəd bu ərazidə xüsusi fsünkar gözəllik yaradır.

“Keşikçidağ” mağaralar kompleksi daxilində yerləşən, və yerli azərbaycanlı əhali tərəfindən “Qüdrət” bulağı kimi tanınan ziyarətgah yerli sakinlərin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etnik xüsusiyyətlərini özündə əks etdirir.

“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.

Mağaraların bir çoxunun freskaların çəkildiyi mağara divarlarının dağıntıları nə təbiətin, nə də zamanın müdaxiləsi nəticəsində baş verib. Bu sovet ordusunun bu poliqonda zaman-zaman etdiyi atışlar nəticəsində meydana gəlmişdir.

Faiq İSMAYILOV

(http://azpress.az/index.php?lang=az&sectionid=news&id=89315&fbclid=IwAR3zi-LWHp6dvo2teKjq0xeZF1Xhr5cn33oC7gvR1f7cVtbrvi8YnlNQS78)

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*