Saytımıza xoş gəlmisiniz

Kirkorov özünü erməni saymır

Oxunma sayı: 108

received_2074942072779489

Karabakh.tv xəbər verir ki, rusarminfo.ru saytının yaydığı məlumata görə, Filipp Kirkorov özünü erməni saymır. Bu haqda o məşhur rus reperisi Bastanın (Vasiliy Vakulenko) aparıcısı olduğu verilişin qonağı olarkən deyib. Müğənniyə ünvanlanmış beş şəxsi suallardan birincisi belə olub: “Kirkorov nəyə görə özünü erməni saymır?”
Kirkorovun bu suala cavabı maraqlı olub. Belə ki, müğənni özünü az qala bütün millətlərin nümayədəsi kimi təqdim etsə də, erməni olduğunu dolayısı ilə inkar edib:

“Musiqidə milli mənsubiyyətin heç bir önəmi yoxdur. Hamı bilir ki, mən bolqaram. Amma eyni zamanda hamı istəyir ki, özümü onun mənsub olduğu millətin nümayəndəsi kimi təqdim edim. Məsələn, indi mən moldavanam. Çünki moldav ifaçıları ilə birgə işləyirəm. Eyni şəkildə ukraynalı, belarus da ola bilərəm. Mən beynəlmilələm. Mənim milli mənsubiyyətim heç bir əhəmiyyət daşımır.”

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*