Saytımıza xoş gəlmisiniz

Köçəryanın başı tələb olunur

Oxunma sayı: 826

received_2030044383935925

“Elk” bloku parlament fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistanın baş prokurorluğuna yazılı müraciət edərək Robert Köçəryanın “1 mart” hadisələrinə görə sonadək dindirliməsini istəyib. Fraksiya rəhbərinin bu bəyanatı “28 oktyabr” cinayətinin açılması baxımından məntiqli bir addım kimi dəyərləndirilib.

Bundan əvvəl “1 mart” məsələləri üzrə keçmiş müvəqqəti parlament komissiyasının sədri də Köçəryanın istintaqa çağırılmasını tələb etmişdi.
Erməni mətbuatı məsələnin yenidən gündəmə gəlməsinin Serj Sərkisyana məhz indi niyə lazım olduğunu aydınlaşdırmağa çalışıb:

“Ən real versiya “28 oktyabrı” sabiq prezidentin əleyhinə yönəltməklə hakimiyyəti son nəfərinədək Köçəryanın kadrlarından təmizləməkdir. Bu həm də Sərkisyanın manevr imkanlarının məhdudluğundan xəbər verir. Nikol Paşinyan bu bəyanatı ilə sadəcə Serjikə mesaj göndərir. Köçəryanın “başını” cəmiyyət və müxalifətin böyük qismi, o cümlədən hakimiyyət təbəqələri ona görə istəyir ki, “1 mart” probleminə birdəfəlik son qoyulsun. Çünki Köçəryanı güdaza vermək hakimiyyətin xarakterini müəyyən mənada dəyişəcək, iqtidar-müxalifət danışıqlarına meydan yaradacaq.”

İbrahim Rüstəmli
Karabakh.TV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*