Saytımıza xoş gəlmisiniz

Kölndə qondarma “erməni soyqırımı”na abidə qoyuldu – Almaniyadan növbəti xəyanət…

Oxunma sayı: 152

30728742_1466798260116561_7067394648645304320_n

Almaniyada qondarma “erməni soyqırımı” abidəsinin açılışı oldu.

“KarabakhTV” yazır ki, bu haqda işğalçı Ermənistanın KİV-i xəbər yayıb. Abidə Köln şəhərində Reyn çayının sol şahilində Lehmbaçer Veq məzarlığında qoyulub.  Abidənin müəllifləri alman heykəltəraşlar Stefan Kayzer və Maks Şolzdur.

30713863_1466798423449878_3309685468831940608_n

Xatırladaq ki,  abidənin qoyulacağı barədə xəbər 2017-ci ilin martında yayılmışdı. Ümumilikdə 5 min nəfər üzvü olan Köln erməni-xristian icmasının yaşıllıq komissiyasına müraciətindən sonra gündəmə gələn abidə məsələsi daha sonra şikayət komissiyasına göndərilmişdi. 2015-ci ildə şikayət komissiyası müsbət rəy verdikdən sonra məsələ əsas komissiyanın gündəliyinə salınmışdı. Köln şəhər bələdiyyə məclisinin əsas komissiyasında verilən qərara görə abidənin qoyulmasına razılıq verilmişdi.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*