Saytımıza xoş gəlmisiniz

Komitə sədri: Pirallahıda bütün məcburi köçkünlər yaxın aylarda müasir evlərlə təmin olunacaq

Oxunma sayı: 142

trend_rovshen_rzayev_040311

Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər yaxın aylar ərzində müasir mənzillərə təmin ediləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin probleminin həll edilməsi üçün işlər aparılır: “Bu, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətində olan məsələlərdir və Komitə verilən tapşırıqlar əsasında fəaliyyət göstərir. Yaxın aylarda Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər müasir mənzillərə təmin ediləcək”.

Komitə sədri qeyd edib ki, təxminən ilyarımdan sonra Bakının bir neçə rayonunda məcburi köçkünlərin mənzillərlə tam təmin olunduğunu deyə biləcəyik.

Rövşən Rzayev əlavə edib ki, dövlət başçısı tərəfindən qəzalı binalarda müvafiq işlərin görülməsi barədə də tapşırıq verilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*