Saytımıza xoş gəlmisiniz

“Lələtəpədə Arzərbaycan Ordusunu, Azərbaycan qəhrəmanlarını gördüm” – Şevçenko

Oxunma sayı: 147

76_1530514804

“Lələtəpənin strateji yüksəkliyində, torpaqlarını, vətənlərini müdafiə edən, burada minilliklər boyu yaşayan yüz minlərlə çalışqan azərbaycanlıların yaşadığı əraziləri işğaldan azad edən, Azərbaycan qəhrəmanlarını gördüm”.

Bunu Ordu.az-a açıqlamasında məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Lələtəpə yüksəkliyini ziyarət etdikdən sonra bildirib.

Şevçenkonun sözlərinə görə, azərbaycanlılar və ermənilər sülh və dostluq içində yaşamalılar, amma bunun baş verməsi üçün SSRİ-nin ağır mirasından xilas olmaq vacibdir.

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlılar Qarabağ və Ermənistandakı evlərinə qayıtmalıdırlar. Buna şübhəsiz ki, 1991-1994-cü illərdə erməni birləşmələri tərəfindən işğal edilən Azərbaycan torpaqlarından başlamaq lazımdır.


Mən burada, səngərlərdə yenilənən Azərbaycan Ordusunu gördüm. Əsgərlər tam milli ruhda və düşüncədədirlər. Ən əsası, onlar orada nə üçün olduğlarını başa düşürlər. Bu isə məndə çox güclü təəssürat hissi yaratdı”, – deyə M. Şevçenko bildirib.

Xatırladaq ki, dünən, iyulun 1-də Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində keçirilən “Azərbaycan-Rusiya Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi” konfransının iştirakçıları, ön cəbhədə Lələtəpə strateji yüksəkliyini ziyarət ediblər.

Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*