Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında təkbətək görüş başlayıb.
AzVision.az xəbər verir ki, görüş zamanı ikitərəfli, həmçinin regional məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu və İranın XİN başçısı Məhəmməd Cavad Zərif iştirak edəcək.