Saytımıza xoş gəlmisiniz

Macar poliotoloq: “Qarabağ Azərbaycanın yurisdiksiyası altına qayıtmalıdır”

Oxunma sayı: 88

3f0df255275c11db14c4f1a94eac63b3_1518501017_1518506981

“Dağlıq Qarabağ geniş muxtariyyət hüquqları üzərində Azərbaycanın yurisdiksiyası altına qayıtmalıdır”.

Bu barədə Ordu.az-a məşhur macar jurnalist, politoloq Qabor Ştir bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi SSRİ-nin mirasıdır.

“Dağlıq Qarabağa geniş muxtariyyət vermək lazımdır, bu icazə olmadan problemin həllini mümkün hesab etmirəm. Bu, sülh yolu ilə həll edilməsi vacib olan çox həssas məsələdir”, – deyə Ştir qeyd edib.

BMT Təhlükəsizlik Şurasının Qarabağa münasibətdə qəbul edilən qətnamələrinin niyə təsirsiz olması barədə suala cavab verərkən politoloq bildirib ki, BMT köhnəlib və onun islahatlara ehtiyacı var.

“Qətnamələr digər ölkələrə münasibətdə də işləmir. BMT hazırki çağırışlara cavab vermir. Problemləri güc dövlətləri həll edə bilər, onlar BMT-dən daha effektivdir. Əgər beynəlxalq təşkilat BMT-nin simasında müasir çağırışların öhdəsindən gələ bilmirsə, onda islahatlar aparmaq lazımdır.

Həmçinin hesab edirəm ki, Qarabağ münaqişəsindən nəticə çıxarmaq zəruridir, belə ki, etnik problemlər bizdə – Mərkəzi Avropada da meydana gəlib. Mən Qarabağ üzrə kompromiss görmürəm, belə ki, münaqişə edən tərəflər arasında etibar yoxdur. Lakin mənə elə gəlir ki, əgər Ermənistan Türkiyə ilə əlaqələri normallaşdırsa, bu, münaqişənin həlli istiqamətində ilk addım ola bilərdi.

Qarabağ ətrafında baş verən hadisələr – tərəflərin danışıqları və görüşlərini nəzərdə tuturam – müharibənin olmayacağında xəbər verir. Dağlıq Qarabağ üzrə danışıqların sülh yolu ilə davam etməsi və tam miqyaslı müharibənin olmaması vacibdir”, – deyə müsahib vurğulayıb.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*