Saytımıza xoş gəlmisiniz

“Marağa – 150” – Erməni saxtakarlığını ifşa edən abidə

Oxunma sayı: 471

Ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri “Marağa–150” abidəsidir. Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa–150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi.

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Karabakh.TV-nin fəaliyyətinin təşkili və Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə təbliği” layihəsi çərçivəsində  “Marağa – 150” abidəsi ilə bağlı hazırladığı videosüjeti və müsahibəni təqdim edir.

Çəkiliş üçün yaradılan şəraitə görə Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələrinə minnətdarlığımızı bildiririk.

İlham Cəmiloğlu / Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*