Saytımıza xoş gəlmisiniz

“Mİ-8” in vurulmasından 27 il ötür…

Oxunma sayı: 75

xelfeli-faciesinden-24-il-otur

Erməni silahlılarının Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 27 il ötür.

1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı “Mİ-8” mülki vertolyotu ermənilər tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub.

Terror hadisəsi Şuşanın Xəlfəli kəndinin yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü olmaqla, 44 nəfər dünyasını dəyişib.

Törətdikləri saysız hesabsız vəhşiliklərə baxmayaraq cəzasızlıqdan quduzlaşan ermənilər vertolyotun vurulma səbəbini ehtimallarla əsaslandıraraq vertolyotda güya silah aparıla bilər səbəbi ilə vertolyotu vurmalarını etiraf etmişdilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*