Saytımıza xoş gəlmisiniz

Millət vəkili: Qazaxıstanda yerli sakinlərin ayağa qalxması ermənilərin hərəkətlərindən boğaza yığıldıqlarını göstərir

Oxunma sayı: 76

trend_aydin_mirzezade_070119

Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində bir qrup erməninin yerli sakini qətlə yetirməsi sıradan bir hadisə deyil, bu, əslində həmin ölkədəki erməni icmasının özünü yerli əhaliyə qarşı çox aqressiv aparmasının nəticəsidir. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, hər bir gəlmə xalq istər-istəməz yerli adət-ənənələrə hörmətlə yanaşır və yerli əhali ilə normal münasibətlər qurmağa çalışır: “Ancaq gördüyümüz kimi, Qazaxıstanda ermənilər biznesdə, eyni zamanda, ictimai həyatda yer tutmalarına baxmayaraq, yerli əhaliyə qarşı aqressiyalarını gizlətməyə çalışmırlar və bunun nəticəsi olaraq Yeni il gecəsi qətl hadisəsi baş verdi”.

Deputat vurğulayıb ki, Qazaxıstanda yerli sakinlərin ayağa qalxması, erməni icmasının nümayəndələrinin ölkədən çıxarılmasını tələb etməsi artıq qazaxların ermənilərin hərəkətlərindən boğaza yığıldıqlarını göstərir:

“Ümumiyyətlə, birinci dəfə deyil ki, erməni icmasının nümayəndələri yaşadıqları ölkənin yerli əhalisinə qarşı belə münasibət göstərirlər. Vaxtaşırı olaraq ermənilərin yaşadıqları ölkələrdə yerli sakinlərə qarşı kobud hərəkəti, qətl törətməsi faktlarına rast gəlirik”.

A.Mirzəzadə xatırladıb ki, vaxtilə Rusiya imperiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülən ermənilər sonradan bizim torpaqlara da iddia etdilər: “Qədim Azərbaycan torpaqlarında dövlət qurub azərbaycanlıları etnik təmizləməyə məruz qoydular. Hələ bu azmış kimi, Azərbaycana qarşı hərbi əməliyyatlar apararaq torpaqlarımızın 20 faizini işğal etdilər. Yəni ermənilərin milli düşüncəsində başqa millətlərə münasibətdə olan qüsurlar bu gün özünü bu və ya digər formalarda göstərir və Qazaxıstanda baş verən hadisə də buna bir nümunədir”.

Qeyd edək ki, cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc – 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər – Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər – Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər – Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub. Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*