Saytımıza xoş gəlmisiniz

Millət vəkilləri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Cocuq Mərcanlıda olub – FOTO

Oxunma sayı: 59

cocuq_mercanli_290419_04

Aprelin 28-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Cocuq Mərcanlıda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan, millət vəkilləri Rauf Əliyev, Sabir Hacıyev, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətinin Bakıda fəaliyyət göstərən klinikasının həkim heyəti, Cocuq Mərcanlı qəsəbəsi üzrə İcra Nümayəndələrinin işçiləri iştirak edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Cocuq Mərcanlı qəsəbə sakinlərinə təmənnasız olaraq 2 ədəd 90 kv-m. – 120 nəfərlik və 63 kv.m – 70 nəfərlik çadırlar təqdim olunub. Həmçinin İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətinin Bakıda fəaliyyət göstərən klinikasının həkim heyyəti Cocuq Mərcanlı qəsəbə sakinlərinin təmənnasız tibbi müayinəsini həyata keçirib, lazımi məsləhətlər verilib. Həkim heyyətinin tərkibinə terapevt, kardioloq, stomatoloq, nevropatoloq və s. daxil olub.

Aypara Cəmiyyətinin könüllü mobil dəstəsi ilk yardım sahəsində sakinlərlə seminarlar keçirib və bu sahədə sakinləri maarifləndiriblər.

Daha sonra millət vəkilləri qəsəbə məktəbində və uşaq baxçasında uşaqlarla görüşərək yaradılmış şəraitlə tanış olub, qəsəbə sakinləri ilə görüşüb onların qarşısında çıxış ediblər.

cocuq_mercanli_290419_06

cocuq_mercanli_290419_03

cocuq_mercanli_290419_02

cocuq_mercanli_290419_01

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*