Saytımıza xoş gəlmisiniz

Milli Məclis Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyinə baxır

Oxunma sayı: 134

milli_meclis

Azərbaycan Milli Məclisinin növbədənkənar plenar iclası başlayıb.

Publika.az xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıq elan edib.

Bu vəzifəyə Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb.

Spiker Oqtay Əsədov bildirib ki, bu gün gündəlikdə yalnız bir məsələ var: “Aprelin 11-də ölkəmizin siyasi həyatında baş vermiş hadisənin sevincini yaşayırıq. İlham Əliyevin yenidən prezident seçilməsi ona olan sonsuz inamın nəticəsidir. Hər biriniz adından Cənab Prezidenti təbrik edib, ona işlərində uğur arzulayırıq. Prezident andiçmə mərasimini Milli Məclisdə keçirdi. Bu da Milli Məclisə olan etimadın nəticəsidir. Milli Məclis adından Prezidentə təbrik teleqramı göndəriləcək”.

Spiker N.Məmmədovun baş nazir vəzifəsinə təyin edilməsi barədə iclas iştirakçılarına məlumat verib.

O.Əsədov Prezidentin Mili Məclsidə yeni baş nazir təyinatı ilə bağlı təqdimat məktubunu oxuyub: “Məktubda bildirilib ki, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Baş nazir vəzifəsinə təklif edilib”.

Daha sonra millət vəkillərinin müzakirəsinə təqdim edilib.

Gülxar

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*