Saytımıza xoş gəlmisiniz

Milli Məclisin buraxılması məsələsi ilə bağlı Parlamentdə müzakirələr başladı

Oxunma sayı: 26

azerbaijan_parliament

Milli Məclisin bu gün keçirilən iclasında Parlamentin buraxılması məsələsi ilə bağlı müzakirələrə başlanılıb.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasını (YAP) partiyanı təmsil edən deputatlar Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış edirlər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı Parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

Milli Məclisdə təmsil olunan bitərəf deputatlar da iclas keçirərək parlamentin buraxılması məsələsini dəstəkləyiblər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*