Saytımıza xoş gəlmisiniz

Möhtəşəm hərbi parada son hazırlıqlar görülür

Oxunma sayı: 54

4e115c0432a806c6afccfa2f7d56c692_1536566102

Sentyabrın 15-də Bakıda möhtəşəm hərbi parad keçiriləcək. Parad Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində, Bakının 1918-cı il sentyabrın 15-də blşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibətilə təşkil edilir. 

Ordu.az xəbər verir ki, möhtəşəm hadisənin 100 illiyi ilə əlaqədar keçiriləcək paradla bağlı hazırlıqlara artıq başlanılıb.

Öndə süvarilər nizamla hərəkət edirlər. Onların arxasınca isə piyada dəstələri hərbi marşın sədaları altında təntənəli keçidlə addımlayırlar.

Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib. Hazırlıq tədbirləri çərçivəsində Parad iştirakçıları Azadlıq Meydanı və Dənizkənarı Bulvar ərazisindən hərbi geyimlərdə, süvari və piyada ordu şəklində keçiblər. Təntənəli keçidi paytaxt sakinləri maraqla izləyiblər.

Qeyd edək ki, sentyabrın 15-də parad iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə Bakının küçələrindən kəçəcəklər. Onların geyimləri də Azərbaycan və Osmanlı ordusunun 100 əvvələ aid hərbi geyimlərinə uyğunlaşdırılacaq.

Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*