Saytımıza xoş gəlmisiniz

MOİK təmsilçiləri 18 medal qazanaraq Açıq Avropa Çempionatının qalibi olublar

Oxunma sayı: 16

04170db9505a3525d63fdbc0ab6a83bf

Dünya miqyaslı bir çox turnirlərdə Azərbaycan Ordusunu layiqincə təmsil edərək, Vətənə çoxlu medallarla qayıdan Mərkəzi Ordu İdman Klubunun yetirmələri növbəti dəfə Ukranyanın Kiyev şəhərində keçirilən idmanın Kyokuşin Karate üzrə Açıq Avropa Çempionatının qalibi olublar

Karabakh.tv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız 5-si qizil, 7-i gümüş və 6-si bürünc olmaqla ümumilikdə 18 medalla ölkəmizə qayıdıblar.
Həmçinin bu yarışlarda dünya çempionu, Dünya Kyokuşin Karate təşkilatının direktoru Əziz Əşrəfov 10 beysbol bitasını ayağı ilə sındırdıraraq dünya rekordunu təzələyib.

Qeyd edək ki,  18 ölkədən 160 idmançının iştirak etdiyi çempionatda məşqçilər Akif İsgəndərov, İnşallah Camalov, Abbas Abbasovun və Hamlet Əlilinin rəhbərliyi ilə tatami üzərinə çıxan pəhləvanlarımız medal sayına görə iştirakçı komandalar arasında 1-ci yeri qazanıblar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*