Saytımıza xoş gəlmisiniz

Moskva Ermənistanı cəzalandırır

Oxunma sayı: 742

34777274_2081122592161437_3263287933565665280_n

Karabakh.tv xəbər verir ki, Moskvada bu il aprelin 22-də icazəsiz mitinqə qatılan 24 erməni saxlanılıb. Onlar İrəvanda məxməri inqilaba dəstək vermək məqsədilə kilsənin həyətinə yığışan 200-dən çox erməninin arasından seçilib və 10 min rubl cərimə edilib. Məlumatda polis əməkdaşlarının kilsə tərəfindən çağırıldığı bildirilir.

Bu olay yerli KİV-lərin ən çox müzakirə etdiyi mövzulardandır. Rusiyaya qarşı açıq-aşkar hiddətlənən qəzəbli media nümayəndələri bunu “qurşaqdan aşağı zərbə” adlandırıb:

“Ən böyük problem isə Paşinyanın Soçiyə səfəri zamanı yaşanıb. Onun yerli ermənilər tərəfindən hərarətlə qarşılanması  Rusiyanın xoşuna gəlməyib.”

Bəzi KİV-lər isə bir az da irəli gedərək Rusiyanın, öz cənub bölgəsinə görə Ermənistana minnətdar olduğunu bildirib və burada yaşayan ermənilərin Moskvanın girovu olduğunu xüsusi vurğulayıb.

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*