Saytımıza xoş gəlmisiniz

Moskva etiraz etdi: Mütəxəssislər İrəvandakı ABŞ laboratoriyalarına göndərildilər

Oxunma sayı: 61

345345_1536563749

Rusiyalı mütəxəssislərə Ermənistanda bioloji materialların araşdırılması ilə məşgul olan ABŞ laboratoriyalarına daxil olmağa şərait yaradılıb. 

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü dərc olunan “Kommersant” nəşrinə verdiyi müsahibədə bəyan edib.

Onun sözlərinə görə, təqribən 5-10 gün əvvəl rusiyalı mütəxəssislər sözügedən laboratoriyalara buraxılıblar.

“Təqribən 5-10 gün əvvəl mənim şəxsi göstərişimə əsasən Rusiyalı mütəxəssislər bu laboratoriyalara buraxılıblar. Bu laboratoriyalar tamamilə Ermənistanın nəzarətindədir. Biz əməkdaşlığa hazırıq və artıq Rusiyalı mütəxəssislər orada olub, həmin laboratoriyalarda qorxulu heç bir şey olmadığına əmin olublar”, – deyə o bildirib.

O qeyd edib ki, bu laboratoriyalar Rusiyaya qarşı istifadə olunmur və birgə müzakirələrin aparılmasına hazırdırlar.

“Bu laboratoriyalar heç cür Rusiyaya qarşı istifadə oluna bilməz. Əksinə, biz rus mütəxəssisləri dəvət edirik və bu laboratoriyaların birgə istifadəsinə dair müzakirələr aparılmasına hazırıq. Onlar artıq orada olublar, nə zaman yenə də oraya daxil olmaq istəsələr heç bir məhdudiyyət olmayacaq”, – deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, bir müddət öncə məsələ ilə bağlı Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqləri arasında qarşıdurma yaşanıb.

Moskva üzv ölkələrin ərazisində ABŞ laboratoriyaları blokunun yerləşdirilməsindən narazı idi. Adı açıqlanmayan mənbənin sözlərinə görə, iyunun 11-də Rusiya xarici işlər naziri Sergey Lavrov bu məsələləri Almatıdakı KTMT xarici işlər nazirlərinin toplantısında gündəmə gətirib.

Onların Birləşmiş Ştatların maliyyə dəstəyi ilə açıldığı və Rusiya üçün narahatçılıq mənbəyi olduğu vurğulanırdı.

“Bizim xüsusi xidmətlərimiz bu laboratoriyaların mövcudluğuna görə narahatdır. Bunların bir müddət sonra bizə qarşı istifadə edilə biləcəyi istisna deyil. Və onlar Qərbi Avropaya yerləşdirilmir”, – deyə rus diplomatı adı açıqlanmayan mənbə ilə söhbətində şikayətlənib.

Mənbə onu da qeyd edirdi ki, hazırda İrəvanla bioloji tədqiqatlar sahəsində əməkdaşlıq haqqında ayrıca sənədin imzalanma ehtimalı müzakirə olunur.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*