Saytımıza xoş gəlmisiniz

Moskvada nə gözlənilir? Rusiyalı ekspertlər şərh etdi

Oxunma sayı: 179

12635762_1535788774_1536131756_1536396180

“Bütün məsələlərlə bağlı Ermənistanın addımlarına, Ermənistanda isə Rusiyanın addımlarına və mövqeyinə dair anlaşılmazlıq var”. 

Ordu.az xəbər verir ki, bu barədə bu gün Moskvada baş tutacaq Putin-Paşinyan danışıqlarını şərh edən rus ekspert Stanislav Tarasov bildirib.


Rusiya ərazisində Ermənistanın sabiq müdafiə naziri Mikayel Harutyunyana qarşı beynəlxalq axtarışın dayandırılmasına dair suala toxunan Tarasov qeyd edib ki, Paşinyan-Putin görüşündən əvvəl belə bir addımın təxribat kimi qiymətləndirilməsi mövqeyi ilə razı deyil.

Rusiyalı digər ekspert Fyodor Lukyanov isə qeyd edib ki, Ermənistanda inqilabdan sonra Rusiya üçün problemli olan hadisələr baş verib.


“Bu, xüsusilə Yuri Xaçaturovun KTMT-nin Baş katibi vəzifəsində olduğu bir vaxtda cinayət istintaqına cəlb edilməsidir. Bu addım KTMT-nin nüfuzuna xələl gətirməklə yanaşı, qurum daxilində fikir ayrılığına səbəb olub”, – deyə rusiyalı ekspert bildirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*