Saytımıza xoş gəlmisiniz

Moskvada Qarabağ hərəkatının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oxunma sayı: 147

73720_555_343

Aprelin 5-də qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri Masis Mailyan Moskvaya işgüzar səfəri çərçivəsində Ermənistanın Moskvadakı səfirliyində Qarabağ milli azadlıq hərəkatının 30 illiyinə həsr olunmuş tədbirdə giriş sözü ilə çıxış edib.

Karabakh.tv erməni KİV-lərinə istinadən xəbər verir ki, “Artsax XİN”in yaydığı məlumata görə nazir çıxışında Artsaxın milli dirçəliş yolundan və ermənilərin keçdiyi milli azadlıq mübarizəsinin əhəmiyyətindən danışıb.

Masis Mailyan bu mübarizə yolunda Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyən rusiya ziyalılarının rolunu da vurğulayaraq həm Artsax, həm də Ermənistanda onların xüsusi minnətdarlıqla xatırlandığını qeyd edib.

Tədbirdə jurnalist Aze Babayanın çəkdiyi “Yakovun vətəni” filmi nümayiş olunub, rəssam Yuri Qriqoryanın sərgisi keçirilib. Qondarma respublikasının xarici işlər naziri Masis Mailyan “Qarabağ hərəkatının 30 illiyi” xatirə medallarını Aze Babayan və Yuri Qriqoryana təqdim edib. Ermənistanın  Rusiya Federasiyasındakı səfiri Vardan Toqanyan filmin müəlliflərinə və Qriqoryanlar ailəsinə öz minnətdarlığını bildirib.

Tədbirdə Dövlət Dumasının deputatları, diplomatlar, jurnalistlər, ekspertlər, eləcə də Moskvanın erməni ictimaiyyətinin nümayəndələri iştirak edib.

Səbuhi GÜNDÜZ
Karabakh.tv

928963

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*