Saytımıza xoş gəlmisiniz

Movses Akobyanın adı korrupsiya faktlarında hallanır

Oxunma sayı: 337

received_2074903346116695

Karabakh.tv xəbər verir ki, mayın 24-də Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akobyan tutduğu vəzifədən kənarlaşdırılıb və baş hərbi müfəttiş vəzifəsinə təyin edilib. Onun yerinə isə 5-ci ordu komandanı general-mayor Artak Davtyan təyin olunub.

Qeyd edək ki, baş qərargah rəisi vəzifəsi Ermənistanda bir nömrəli hərbi vəzifə sayılır. Beşinci ordu korpusu isə erməni-rus birləşmiş hərbi qruplaşmasını təmsil edir.

Nikol Paşinyan M.Akobyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı bəyanatında kadr dəyişikliyinin qarşılıqlı razılaşma əsasında aparıldığını bildirsə də, yerli KİV-lər sabiq baş qərargah rəisinin korrupsiya hallarında birbaşa iştirakından bəhs edir. Xüsusi vurğulanır ki, Ermənistan ordusu məhz M.Akobyanın rəhbərliyi altında korrupsiyaya sürüklənməklə risk zonasında qərarlaşıb.

Bununla belə, yeni təyinat da yerli KİV-lər tərəfindən birmənalı qarşılanmayıb. O üzdən indi Ermənistanda bu təyinatın daha çox hərbi-siyasi əhəmiyyətindən bəhs edilir və A.Davtyanın erməni-rus birləşmiş hərbi qruplaşmasını təmsil edən beşinci ordu korpusu komandiri vəzifəsindəki xidmətləri qabardılır.

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*