Saytımıza xoş gəlmisiniz

“Müdafiə naziri” həbsdən azad edilməyəcək

Oxunma sayı: 598

received_2074908299449533

Karabakh.tv xəbər verir ki, Ermənistan Kassasiya məhkəməsi Cinayət palatasının sədri Serjik Avetisyan Samvel Babayanın həbsdən azad edilməsi ilə bağlı yayılan söz-söhbətləri şayiə adlandırıb və təkzib edib.

O, “Armenpress”ə verdiyi müsahibəsində bildirib ki, Cinayət palatası yalnız Babayanın işi ilə bağlı şikayət faktını araşdırmaq haqqında qərar qəbul edib. Bu qərarda hökmün dəyişdirilməsi haqqında qəti söhbət gedə bilməz.

Xatırladaq ki, S.Babayan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin “müdafiə naziri” olub.

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*