Saytımıza xoş gəlmisiniz

Müdafiə naziri niyə narahatdır?!

Oxunma sayı: 577

37793934_2125831281023901_4048301375661015040_n

Karabakh.tv xarici ölkə KİV-lərinə istindən xəbər verir ki, Ermənistanın müdafiə naziri David Tonayan EADaily nəşrinə müsahibə verib.

Müsahibə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələləri əhatə edir.

Müxbirin bu haqda verdiyi sualları cavablandıran D.Tonayan bildirib ki, Ermənistan Bakıda hərbi paradda nümayiş olunan silah və hərbi texnikalara görə narahatdır:
“Biz bu silahların təyinatına görə çox narahatıq. Bizi ondan da çox narahat edən isə bu silahların alınması şərtləridir. Daha doğrusu, onları Azərbaycana satan ölkələrdir. Bu ölkələr Ermənistanın müttəfiqləridir.”

“Ermənistanın narahatlığının ən böyük səbəbi isə Türkiyə ilə Azərbaycan arasındakı hərbi alyansdır”- deyə sonda müdafiə naziri bildirib.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*