Saytımıza xoş gəlmisiniz

Murovun məşhur Ömər aşırımından son görüntülər yayıldı – Video

Oxunma sayı: 253

İşğal altındakı Kəlbəcər rayonu ərazisində yerləşən və hazırda Ermənistan Silahlı Qüvvələrinin nəzarətində qalan məşhur Ömər aşırımından son görüntülər yayılıb. “KarabakhTV”  Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən, dəniz səviyyəsindən 3395,5 metr hündürlükdə olan mühüm dağ keçidininin görüntülərini Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim edir.

Xatırladaq ki, Ömər  aşırımı Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən birinə şahidlik etmişdir.  Bu aşırım uğrunda döyüş Azərbaycan Ordusunun 1993-cü ilin sonlarında hücumu ilə başlamışdlr. Ordunun mobilləşdirilməsi və digər ölkələrdə olan Azərbaycan əsilli hərbi ekspertlərin ölkəyə çağırılması 1994-cü ilin əvvəllərində Azərbaycan ordusunun hərbi nailiyyətlərini artırmışdı.  Əməliyyat əsnasında bölgə tamamən boşaldılmışdı. Əməliyyatlar dəniz səviyyəsindən 2500-3500 m yüksəklikdə davam edirdi. Plan olduqca təhlükəli idi. Səbəb sərt iqlim, qalın qar örtüyü, güclü külək və uçqun təhlükəsi idi. Bu səbəbdən bir çox komandirlər bu əməliyyatı dəstəkləmirdi.

Hücum əməliyyatı cəbhənin şimalından 1994-cü ilin yanvarında başlanılır. Əməliyyatlarda iştirak edən əsgərlərin çoxu yeni çağırışçılardan ibarət olmuşdur. Ordu ilk növbədə Murov silsiləsini keçərək Ömər aşırımına hücum təşkil edir. İlk hücum uğurlu olur, düşmənin aşırımda yerləşən qüvvələri tamamən darmadağın edilir. 24 yanvarda Azərbaycan tərəfi Çarplıda yerləşən batalyonu mühasirəyə alaraq tamamən məhv etdiyini bəyan edir.

Fevralın əvvəllərində ordunun bir hissəsi Kəlbəcər şəhərinə yaxınlaşmışdı. Bununla belə bu addım olduqca riskli idi. Rayon özü isə qərbdən Ermənistan, cənubdan Laçın, şərqdən isə Dağlıq Qarabağ istiqamətdən mühasirədə idi. Ağdərə istiqamətindən ordunun köməyə gələ bilməməsi əməliyyatı çətinləşdirirdi.

12 fevralda ermənilər rusların dəstəyi ilə Azərbaycan ordusuna əks həmlə təşkil edirlər. Bu zaman Azərbaycan ordusu ağır itkilər verir. İtkiləri artıran səbəblərdən biri də şaxtalı hava və qar uçqunları idi. Bu zaman itkilərin sayı yüzlərlə ölçülür. 18 fevralda ordu Ömər aşırımı ilə geri çəkilməli olur. İki briqadamız isə mühasirəyə düşür. Ömər aşırımı ilə mühasirəni yarmaq cəhdlərinin qarşısı ermənilərin “qrad” zərbələri ilə alınır. Bu zaman Azərbaycan ordusunun 1500 nəfər itki verdiyi bildirilir.

Rus mənbələrinin məlumatına görə Ömər aşırımı uğrunda döyüşdə, Azərbaycan ordusu 4000, erməni tərəfi isə 2000 nəfər itki vermişdir. Bu döyüş Azərbaycan tarixinə Qarabağ müharibəsi dövründə ən böyük itki verilən döyüş kimi düşmüşdür.

İnşallah, Allahın, dövlətimizin, ordumuzun və xalqımızın gücü ilə bu zirvələrimizi də düşməndən azad edəcəyik.

Sultan Laçın

received_1575033419293044
received_1575033415959711

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*