Saytımıza xoş gəlmisiniz

Nəvələr ŞƏHİD babalarının görüşünə gəldi… – FOTO

Oxunma sayı: 143

img_7739-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f

Bu gün ŞƏHİD Gündüz Səmədovun doğum günüdür.

Şəhidin nəvələri Murad və Gündüz Səmədzadələr, Yusif Məmmədzadə müqəddəs Şəhidlər Xiyabanını ziyarət edərək babalarının məzarına tər qərənfillər düzüb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş oğul və qızlarımızın döyüş yolu haqqında məlumatlandırılan şəhid nəvələri Xankəndi şəhidlərindən Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev, Araz Mirzəyev, İslam Quliyev, Natiq Şahmuradov və Kamal Mirzəyevin də məzarlarını ziyarət edib.

X X X

Gündüz Hidayət oğlu Səmədov 17 noyabr 1957-ci ildə Kərkicahanda anadan olub. Daxili xidmət leytenantı G.Səmədov 1977-1979-cu illərdə uzaq Sverdlovsk şəhərində hərbi xidmətdə olub. 1986-cı ildən isə Şuşadakı 1 saylı həbs evində nəzarətçi, 1992-ci ilin mart ayından isə Şuşa həbs evinin rəisinin növbətçi köməkçisi vəzifəsində çalışmışdır. O, BDU-nun Hüquq fakültəsinin tələbəsi idi.

O, ətrafında baş verənlərə açıq gözlə, düşünən beyinlə baxmağı, çətin anlarda hadisələrdən məharətlə baş çıxartmağı bacarırdı. Kərkicahanda ilk özünümüdafiə dəstəsinin yaradılmasının təşəbbüskarı və təşkilatçılarından biri olmuşdu. Eyni zamanda Kərkicahan döyüşçülərinin döyüş sursatı ilə təmin olunmasında əvəzsiz xidmətləri olub.

Gündüz Şuşa-Kərkicahan yolunu həmişə piyada gedib gələrdi. “Niyə piyada gedirsən?” sualına həmişə belə cavab verərdi: “Əl ağacı ilə yolları yoxlayıram ki, əgər mina partlayarsa, mən ölüm, camaata heç nə olmasın”.

1991-ci il dekabrın 28-dən sonra Kərkicahanın bir neçə dəfə ermənilərdən alınmasında Gündüzün də döyüş xidmətləri olmuşdur. O, Kərkicahanın işğalını heç bir vəchlə qəbul edə bilmirdi. Ona görə də, doğma yurdunun işğalından sonra, Şuşanın müdafiəsində mərdanə dayanmağa başladı. 

1992-ci il may ayının 8-i… Şuşa uğrunda gedən mübarizədə düşmən həbsxana tərəfdən güclü qüvvə ilə hücuma keçir. Ağır zirehli texnikadan atılan mərmilərin qarşısını almaq çətin idi. Bütün bunlara baxmayaraq, əl qumbarası ilə düşmənin canlı qüvvəsini məhv edən Gündüz Səmədov son anda həbsxananın qülləsinə çıxır. Avtomat silahı ilə düşməni susdurduğu an başından aldığı snayper gülləsindən qəhrəmancasına həlak olmuşdur. Evli idi. Şəhidlər xiyabanında dəfn olunub.

Gündüz Səmədov Şuşanın işğalı günü Şuşa həbsxanasında cəza çəkən azərbaycanlı məhbusların ermənilərə əsir düşməməsi üçün onları azad edərək silahlandırmış və Şuşanın müdafiəsinə qatılmalarını təmin etmişdir. Həmin gün məhbuslardan biri qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 30 iyun tarixli 867 saylı sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Karabakh.TV

Səbuhi GÜNDÜZ

img_7746

img_7740

img_7743

img_7764

img_7762

img_7749

img_7760

img_7753

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*