Saytımıza xoş gəlmisiniz

Nabranda Erməni mahnısı səsləndirən DJ həbs edildi

Oxunma sayı: 231

a3288ed5380d92e93bbddedc0d337983

21 iyul axşam saatlarında Nabranda yerləşən “Malibu İstirahət Mərkəzin”də erməni mahnısı səsləndirilib.

Yenicag.az əldə etdiyi məlumata əsasən, vətəndaşların şikayəti əsasında Xudat Şəhər Polis Bölməsi istirahət mərkəzinə gəlib.

Xudat Şəhər Polis Bölməsinin rəisi Fəxrəddin Hacıyevin də şəxsən iştirakı ilə musiqi saxlanılıb. İstirahət mərkəzində Dj kimi fəaliyyət göstərən Nağıyev Abdul Xaliq oğlu polislərlə dalaşıb. Polisə müqavimət göstərən Dj saxlanılaraq Xudat şəhər Polis Bölməsinə aparılıb.

Nağıyev Abdul Xaliq oğlu polisə musiqini Malibu İstirahət Mərkəzinin rəhbərinin kompüterindən götürdüyünü deyib.

Bu gün Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Nağıyev Abdul Xaliq oğlu 10 sutka müddətinə həbs edilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*