Saytımıza xoş gəlmisiniz

NATO PA-nın sessiyasında Sərsəng su anbarı ilə bağlı məsələ qaldırılıb

Oxunma sayı: 450

f2506b2d-0409-45ed-9e1f-a6e88b3fe16f_640

NATO Parlament Assambleyasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 63-cü illik payız sessiyasında Azərbaycan parlamentinin üzvləri çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızıAPA-ya bildirib ki, “Qida və su təhlükəsizliyi, problemdən çıxış yolları” adlı sənədin müzakirəsi zamanı Azərbaycan torpaqlarını 25 ildən çoxdur işğalda saxlayan Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılan ekoloji böhranla bağlı faktlar diqqətə çatdırılıb, separatçıların nəzarətində olan Sərsəng su anbarı ilə bağlı məsələ qaldırılıb.

M.İbrahimqızı çıxışında deyib ki, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayan Ermənistan artıq 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf rayonlarda ekoloji vəziyyəti böhran həddinə çatdırıb: “Bölgədə Azərbaycan xalqının uzun illərdir yaratdığı maddi-mənəvi irsin Ermənistan tərəfindən dağıdılmasından tutmuş, narkotik bitkilərin yetişdirilməsi, ekoloji çirkləndirmənin gündən-günə artması, Sərsəng su anbarı ilə bağlı böhrana qədər, problemlər təkcə Azərbaycanın deyil, bütövlükdə regionun flora və faunasına ciddi təhdiddir. Uzun illərdir Sərsəng su anbarı erməni separatçılarının nəzarətindədir. Su anbarı müxtəlif zəhərli tullantılarla süni şəkildə davamlı olaraq çirkləndirilir. Bunun nəticəsidir ki, cəbhə bölgəsində yaşayan insanlar sudan məhrum vəziyyətdədirlər. 2016-cı ili yanvarında Sərsəng və Madagiz su anbarları haqqında xüsusi qətnamə qəbul edilməsinə baxmayaraq, indiyə qədər bir nəticə yoxdur”.

Deputat qeyd edib ki, su anbarları ilə bağlı qətnamənin icra olunmamasına görə qaldırılan məsələ ciddi narahatlıq kimi qəbul edilsə də, məruzəçi tərəfindən mexanizm çatışmazlığı əsas gətirilib: “Təbii ki, bu, ikili standartlardan doğan cavab idi”.

Qurumun Siyasi, Müdafiə və Təhlükəsizlik komitəsinin iclasında çıxış edən deputatlar Siyavuş Novruzov və Qüdrət Həsənquliyev isə Ermənistan tərəfindən işğalın davam etdirilməsi, cəbhəyanı bölgələrdə mülki əhaliyə qarşı erməni silahlıları tərəfindən törədilən insidentləri xatırladaraq işğalçı ölkəyə sanksiyaların tələb edilməməsindən narazılıqlarını bildiriblər.

Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*