Saytımıza xoş gəlmisiniz

Nazirlərin görüşündə Bakı Bəyannaməsi imzalandı

Oxunma sayı: 143

25593757_1718603481536644_1957681951_n_3027512188

Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. 

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu və İranın XİN başçısı Məhəmməd Cavad Zərif iştirak edib.

Nazirlər üç ölkə arasında əməkdaşlığın perspektivlərini və digər aktual məsələləri müzakirə ediblər. Üçtərəfli görüşün sonunda Bakı Bəyannaməsi imzalanıb.

XİN başçılarının birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*