Saytımıza xoş gəlmisiniz

Nikol Paşinyan seçkidən narazıdır

Oxunma sayı: 88

15397-1544351910

Ermənistanın baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan vətəndaşlara müraciət edib. 

Azvision.az xəbər verir ki, Paşinyan “Facebook” səhifəsində canlı yayıma çıxaraq vətəndaşları növbədənkənar parlament seçkilərində aktiv olmağa çağırıb.

Paşinyan bugünkü seçkidə seçici fəallığının aşağı olduğunu etiraf edib. O, bunu seçicilərin məcburi şəkildə məntəqələrə gətirilməməsi ilə əlaqələndirib.

“Seçici fəallığı əvvəlki seçkilərlə müqayisədə xeyli aşağıdır Bunun bir izahı var: əvvəllər insanlar avtobuslarla seçki məntəqələrinə gətirilirdi, indi isə belə bir şey yoxdur”.

Paşinyan ümid edir ki, vətəndaşlar gün ərzində səsvermə hüquqlarından istifadə edəcəklər.

Qeyd edək ki, bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. Saat 11:00-a olan rəsmi məlumata əsasən, ölkə üzrə cəmi 7,76 faiz seçici səsverməyə qatılıb.

Azvision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*